Siz Ukraynanın prezidentinə nə etməli, nə deməli olduğunu göstərməməlisiniz.
Axar.az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Andrey Sibiqa X hesabında yazıb.
“Mən cavabımı macar üslubunda verəcəyəm. Siz Ukraynanın prezidentinə nə etməli, nə deməli olduğunu göstərməməlisiniz. O, Macarıstanın deyil, Ukraynanın prezidentidir. Macarıstanın enerji təhlükəsizliyi isə sizin öz əlinizdədir. Enerji resurslarını diversifikasiya edin və Avropanın qalan hissəsi kimi Rusiyadan asılılığı aradan qaldırın”, - Sibiqa qeyd edib.
Qeyd edək ki, Ukrayna ilə Macarıstan arasında son gərginlik Zelenskinin “Drujba” neft kəməri ilə bağlı açıqlamasından sonra başlayıb. O bildirmişdi ki, ölkələr arasındakı dostluğun mövcudluğu artıq Budapeştin mövqeyindən asılıdır. Macarıstan XİN rəhbəri Peter Siyarto da hədələri və enerji təhlükəsizliyinə hücum etməyi dayandırmağı tələb etmişdi.