ABŞ Prezidenti Donald Tramp NBC və ABC telekanallarını sərt tənqid edib.
Missiya.Az xəbər verir ki, o, bu barədə “Truth Social” platformasında yazıb.
ABŞ lideri ABC və NBC-nin onun prezidentliyi haqqında əsasən neqativ xəbərlər yaydığını bildirib.
O, bu kanalları “tarixin ən pis və qərəzli iki şəbəkəsi” adlandıraraq, yayım lisenziyalarının ləğv edilməsini dəstəkləyəcəyini qeyd edib.
Nurlana ƏhmədovaMissiya.Az