AZ

Kiyevə gözlənilməz səfərlər: bu dəfə o gəldi

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Almaniyanın vitse-kansleri və maliyyə naziri Lars Klinqbeyl elan olunmamış səfərlə Kiyevə gəlib.

Globalinfo.az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

“Almaniyanın mümkün sülh prosesində Ukraynaya ən yaxşı şəkildə necə dəstək verə biləcəyini müzakirə etmək niyyətindəyəm. Uzunmüddətli sülhə nail olmaq üçün etibarlı təhlükəsizlik zəmanətləri zəruridir”, – deyə Klinqbely jurnalistlərə açıqlamasında deyib.

Vitse-kanslerin sözlərinə görə, Berlin beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edir və müvafiq məsuliyyəti öz üzərinə götürməyə hazırdır.

Səfər zamanı Lars Klinqbeyl Ukrayna hökumətinin nümayəndələri, Ali Radanın deputatları, vətəndaş cəmiyyətinin nümayəndələri ilə danışıqlar aparmağı planlaşdırır.

Görüşlər zamanı tərəflər vəziyyətin həllinə və regionda sabitliyin təmin olunmasına kömək edə biləcək mümkün dəstək formatları və şərtləri müzakirə edəcəklər.

Qeyd edək ki, ötən gün NATO-nun Baş katibi Mark Rutte də Kiyevə səfər edib.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
globalinfo.az

1Mənbələr