ain.az xəbər verir, sport24.az saytına əsaslanaraq.
"Komo" yarımmüdafiəçisi Niko Pası "Tottenhem"ə satmaqdan imtina edib. Sport24.az xəbər verir ki, bu barədə insayder fabrisio Romano sosial şəbəkə hesabında paylaşım edib.
Mənbənin sözlərinə görə, londonlular 20 yaşlı argentinalı üçün 70 milyon avro təklif etsə də, rədd cavabı alıb. Pasın özü də "Komo"da qalıb gələcəkdə "Real"a qayıtmaq istəyir.
Qeyd edək ki. Pas 2024/25 mövsümündə "Komo"da 35 matçda 6 qol vurub və 9 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayında başa çatır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.