AZ

Qanunsuz saxlanılan silah-sursatın aşkarlanması istiqamətində tədbirlər davam etdirilir

Bakı, 25 avqust, AZƏRTAC

Daxili İşlər Nazirliyinin əməkdaşları qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirləri davam etdirirlər.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, avqustun 23-də və 24-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 7 avtomat silahı, 1 tapança, 3 qumbara, 5 partladıcı, 15 tüfəng, 18 patron darağı və 1792 ədəd müxtəlif çaplı patron aşkarlayaraq götürüblər.

 

Seçilən
67
42
azertag.az

10Mənbələr