AZ

SpaceX texniki nasazlıq səbəbindən “Starship”in buraxılışını ləğv edib

Ajans.az korporasiya sosial şəbəkə X-ə istinadən xəbər verir ki, uçuş avqustun 25-nə keçən gecə baş tutmalı idi, lakin starta cəmi 17 dəqiqə qalmış yerüstü sistemlərdə yaranan nasazlığa görə ləğv olunub. Mühəndislərin sözlərinə görə, problemlərin aradan qaldırılması üçün əlavə zamana ehtiyac var. Yeni buraxılış tarixi avqustun 25-i və ya 26-na planlaşdırılır. Bu, “Starship”in onuncu sınaq uçuşu olacaq.

Qeyd edək ki, “Starship” təkrar istifadə oluna bilən superağır daşıyıcı raketdir və ölçü, güc və daşıma qabiliyyətinə görə indiyədək yaradılmış ən böyük raket hesab olunur. Onun ilk uçuşu 2023-cü ilin aprelində baş tutmuş, lakin uğursuzluqla nəticələnmişdi.

Seçilən
22
Ajans.az

1Mənbələr