Bakı, 25 avqust, AZƏRTAC
Avqustun 23-də və 24-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 22,2 kiloqramdan artıq narkotik vasitə və 27 ədəd psixotrop tərkibli həb aşkarlanaraq götürülüb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Bu sahədə qətiyyətli mübarizə tədbirlərinin davam etdirildiyi bildirilib.