AZ

Starship raketinin 10-cu sınaq uçuşu texniki nasazlıq səbəbindən baş tutmayıb

BAKI, TurkicWorld ​, Nərmin Ağayeva

SpaceX-in "Starship" raketinin 10-cu sınaq uçuşu texniki nasazlıq səbəbindən baş tutmayıb.

TurkicWorld xəbər verir ki, Texas ştatındakı Starbase bazasından həyata keçirilməsi planlaşdırılan buraxılış havaya qalxmadan yarım saat əvvəl dayandırılıb. Şirkət qərarın yer sistemlərində aşkarlanan texniki problemə görə qəbul edildiyini açıqlayıb. Yanacaq yüklənməsi zamanı yaranan nasazlıq geri sayımın dayandırılmasına səbəb olub.

“Bugünkü uçuş ləğv edildi. Yer sistemlərindəki nasazlıqların aradan qaldırılması üçün əlavə vaxta ehtiyac var.” - deyə SpaceX-in bəyanatında bildirilib.

Xatırladaq ki, Starship proqramı son aylarda ardıcıl uğursuz sınaqlarla gündəmdədir. İyun ayında sınaq stendində partlayış qeydə alınmış, mayda isə 9-cu uçuş zamanı orbitə çatmasına baxmayaraq raket daşıdığı 8 Starlink peykini yerləşdirə bilməmişdi. Həmin vaxt yanacaq sızması səbəbindən yüksəklik problemi yaranmış və uçuşdan 30 dəqiqə sonra raketlə əlaqə kəsilmişdi. Səkkizinci sınaq uçuşu isə mühərrik nasazlığına görə starta bir dəqiqə qalmış dayandırılmışdı.

Qeyd edək ki, "Starship" yalnız SpaceX-in kommersiya planları üçün deyil, həm də NASA-nın Artemis Ay missiyası və gələcək Mars layihələri üçün strateji əhəmiyyət daşıyır.

Seçilən
23
turkic.world

1Mənbələr