AZ

"Sədərək" Ticarət Mərkəzində zəhərlənənlərin SAYI AÇIQLANDI

"Sədərək" ticarət mərkəzi ərazisində baş vermiş yanğın hadisəsində ümumilikdə, 13 kişi təcili tibbi yardım briqadasına müraciət edib.

News365.az xəbər verir ki. bu barədə TƏBİB-dən bildirilib.

Məlumata əsasən, üç təcili tibbi yardım briqadası əraziyə cəlb olunub.

Müraicəti qeydə alınan şəxslərdən 3-ü ilkin tibbi yardımdan sonra Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.

Hər üç şəxsə tüstüdən zəhərlənmə diaqnozu təyin olunub və zəruri tibbi xidmət göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

Digər 10 nəfərə isə təcili tibbi yardım briqadası tərəfindən yerində tibbi yardım göstərilib.

Seçilən
95
34
news365.az

10Mənbələr