AZ

Sadiq Qurbanov: “Şəhər günləri bizim qürur günlərimizdir!"

26 avqust Laçın şəhər günü ilə bağlı Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov saytımıza açıqlamasında qeyd edib ki, şəhər günləri bizim qürur günlərimizdir:

"Azərbaycan xalqı bu zəfərləri Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin siyasəti sayəsində əldə edib. Laçın şəhəri Azərbaycanın ən inkişaf etmiş müasir şəhərlərindən olacaq. İnfrastrukturun inkişafına diqqət edək qısa müddətdə Laçında “LATIFA” Laçın tikiş fabrikinin,“PIRSHAGHI” ayaqqabı fabrikinin Laçın filialının, “Laçın” İstirahət Kompleksinin, Bəylik kəndinin, “Aşağı Malıbəyli” və “Mirik” su elektrik stansiyalarının, Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzinin açılışları, Laçın kanat yolunun təməlqoyma mərasimi, Laçında Azərbaycan Prezidenti İlham Əliyevin Pakistanın Baş naziri ilə nahar əsnasında geniş tərkibdə görüşü.Beynəlxalq Hava Limanının açılış mərasimi, Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanışlığı, Laçında Azərbaycan Prezidentinin Türkiyə Prezidenti ilə təkbətək görüşünün keçirlməsi Laçın şəhərinin artıq Türk dünyasının vacib bir mərkəzi şəhərlərinə çevrilməsini göstərir".

S.Qurbanov onu da qeyd edib ki, AXC-Musavat iqtidarının uğursuz siyasəti nəticəsində işğal olunmuş Laçın şəhəri Müzəffər Ali Baş Komandanın sayəsində geri alındı və məğlubiyyət günü qələbə gününə çevrildi.

Seçilən
22
qht.az

1Mənbələr