AZ

Bu ölkənin səfiri Makronla bağlı dediyi sözlərə görə XİN-ə çağırıldı

ABŞ-ın Fransadakı səfiri Çarlz Kuşner Fransa Xarici İşlər Nazirliyinə çağırılıb.

Publika.az xəbər verir ki, XİN onun Fransa prezidenti Emmanuel Makronun antisemitizmlə mübarizə səylərinin qeyri-adekvat olması ilə bağlı bəyanatlarını qəbuledilməz adlandırıb.

Bundan əvvəl ABŞ-ın Fransadakı səfiri Çarlz Kuşner Makrona məktub yazaraq, onu ölkədə antisemitizmlə mübarizədə kifayət qədər fəaliyyət göstərmədiyinə görə qınamışdı.

Seçilən
19
publika.az

1Mənbələr