AZ

İran Rusiya qazının Azərbaycan üzərindən nəqlinə başlayacaq

"İran ümid edir ki, yaxın gələcəkdə Rusiya qazının Azərbaycan vasitəsilə nəqlinə başlanacaq".

Missiya.Az xəbər verir ki, bunu TASS agentliyinə müsahibəsində İranın Rusiyadakı səfiri Kazem Cəlali deyib.

Hazırda "Qazprom"la danışıqlar aparırıq və demək olar ki, bütün məsələlər artıq həll olunub. Amma qiymətlə bağlı ümumi dil tapmaq lazımdır. Bu məsələ də həll olunarsa, o zaman hər şey işə düşəcək", - Cəlali bildirib. 

Onun sözlərinə görə, işlərin 2025-ci ilin sonunadək başa çatdırılması planlaşdırılır. 

Nurlana ƏhmədovaMissiya.Az

Seçilən
13
missiya.az

1Mənbələr