AZ

İlkay Gündoğan "Mançester Siti"dən ayrılır

BAKI, 25 avqust. TELEQRAF

Almaniyanın "Bayer Leverkuzen" klubu İngiltərənin "Mançester Siti" komandasının futbolçusu İlkay Gündoğanla maraqlanır.

Teleqraf xəbər verir ki, bu barədə "Fotbollskanalen" nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, Bundesliqa təmsilçisi 34 yaşlı yarımmüdafiəçi üçün rəsmi təklif göndərməyə hazırlaşır.

Almaniya millisinin sabiq üzvü "şəhərlilər"in baş məşqçisi Pep Qvardiolanın planlarına daxil edilmədiyi üçün satışa çıxarılıb.

Qeyd edək ki, İlkay Gündoğanın "Mançester Siti" ilə müqaviləsi 2026-cı ilin yayında bitir.

Seçilən
34
teleqraf.com

1Mənbələr