AZ

"Ukraynaya dəstək dəyişməz qalacaq"- Klinqbeyl

Almaniyanın vitse-kansleri və maliyyə naziri Lars Klinqbeyl Kiyevdə səfərdə olarkən Rusiya prezidenti Vladimir Putinə çağırış edib.

News365.az xəbər verir ki, "Reuters"in yaydığı məlumata görə, siyasətçi bəyan edib: “Putin anlamalıdır ki, Almaniyanın Ukraynaya verdiyi dəstəyin zəifləməsi barədə heç bir təsəvvür reallığa uyğun deyil”.

Klinqbeyl vurğulayıb ki, Almaniya hazırda Ukraynaya yardıma görə dünyada ikinci, Avropada isə birinci yerdədir. Onun sözlərinə görə, Kiyev Berlinin davamlı dəstəyinə güvənə bilər.

Seçilən
1
news365.az

1Mənbələr