AZ

Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının dövlət nazirini qəbul edib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun25-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş KrallığınınAvropa, Şimali Amerika və xaricdəki ərazilər üzrə dövlət naziriStiven Doutini qəbul edib.

Trend xəbərverir ki, Stiven Douti Vaşinqtonda Azərbaycanla Ermənistan arasındamünasibətlərin normallaşması və sülh gündəliyinin irəli aparılmasıilə əlaqədar əldə olunmuş tarixi nəticələr münasibətilədövlətimizin başçısına təbriklərini çatdırdı, ölkəsinin bu prosesədəstək verməyə hazır olduğunu bildirdi. Qonaq, həmçinin Vaşinqtondaregional nəqliyyat bağlantıları ilə bağlı əldə edilmiş nəticələrinəhəmiyyətinə toxundu.

Stiven Douti ötən il COP29-un Azərbaycanda yüksək səviyyədəkeçirilməsi və qazanılmış uğurlar münasibətilə təbrikləriniçatdırdı.

Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirdi.Prezident İlham Əliyev Azərbaycanın sülh gündəliyinin vəErmənistanla normallaşma prosesinin irəli aparılması üçün bundansonra da səylərini davam etdirəcəyini dedi.

Dövlətimizin başçısı COP29 zamanı Böyük Britaniya və Şimaliİrlandiya Birləşmiş Krallığının Baş naziri Kir StarmerinAzərbaycana səfərini və onunla keçirilmiş görüşünü xatırladı.

Söhbət zamanı Azərbaycanla Böyük Britaniya arasında əlaqələrininkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı, siyasimünasibətlərimizin mövcud vəziyyətindən məmnunluq ifadə olundu.İqtisadi, ticari, informasiya-kommunikasiya texnologiyaları, təhsilvə digər sahələrdə əməkdaşlıq üçün geniş perspektivlərin olduğubildirildi. Azərbaycanla Böyük Britaniya arasında enerji sahəsindəəlaqələrə toxunularaq, bu xüsusda ölkəmizlə bp arasında 30 ildənartıq davam edən səmərəli əməkdaşlıq qeyd olundu, bunun həmənənəvi, həm də bərpaolunan enerji sahəsində uğurla həyatakeçirildiyi vurğulandı. Bp ilə qarşılıqlı faydalı əməkdaşlığınqarşıdan gələn onilliklər ərzində də davam edəcəyinə ümidvarlıqifadə olundu.

Sonda qonaq dövlətimizin başçısına xatirə hədiyyəsi təqdimetdi.

Prezident
Prezident
Prezident
Prezident
Prezident
Prezident
Prezident
Prezident
Seçilən
41
49
az.trend.az

10Mənbələr