Bakıda "Qarabağ" və Macarıstan "Ferentsvaroş"u arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu üçün təyinatlar açıqlanıb.
Moderator.az xəbər verir ki, görüşü Fransadan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Kleman Türpinə yan xətt hakimləri qismində Nikolas Danos və Aleksis Auqe yardımçı olacaq.
Dördüncü hakim funksiyasını Romen Lissorqe yerinə yetirəcək. VAR hakimi Cerom Brisar, AVAR isə Nikolas Reynvil olacaq.
Vitor Melo Pereyra hakim-inspektor, Devid Makdouell UEFA nümayəndəsi təyin olunub.
Qeyd edək ki, avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq matç saat 20:45-də start götürəcək. Komandalar arasında Macarıstanda keçirilən oyunda Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb.