AZ

İran Rusiyanı xəyanətdə İTTİHAM ETDİ

Yazını böyüt
Yazını kiçilt

İran Məsləhət Şurasının üzvü Məhəmməd Sədr Rusiyaya qarşı ittihamlar səsləndirib.

Hafta.az-ın yazdığına görə, Sədr mətbuata açıqlamasında “Rusiya İsrailə İrandakı hava hücumundan müdafiə mərkəzləri haqqında məlumat verib” deyib. O, həmçinin iyunda İranla İsrail arasında 12 günlük müharibəyə toxunaraq, "Bu müharibə Moskva ilə strateji müttəfiqliyin dəyərini nümayiş etdirdi" deyib.

Sədr, həmçinin İranın keçmiş prezidenti İbrahim Rəisinin öldürülməsinə görə İsraili məsul hesab edib. “Mən ilk andan dedim ki, bu, bir sui-qəsddir... Bu, İsrailin işidir”, - o bildirib.

O, həmçinin qeyd edib ki, İsrail bu hadisə ilə bağlı Tehrana de-fakto mesaj verib.

Seçilən
20
hafta.az

1Mənbələr