AZ

“Qarabağ” – “Ferentsvaroş” oyununun biletləri tükənir

“Qarabağ”ın Bakıda Macarıstanın “Ferentsvaroş” klubuna qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununun biletləri tükənir.

KONKRET.az xəbər verir ki, bu barədə report-a Azərbaycan təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

Onun sözlərinə görə, matç üçün çox az sayda bilet qalıb.

Qeyd edək ki, klubun avqustun 23-də açıqladığı məlumatda 30 minə yaxın bilet satıldığı əksini tapmışdı.

“Qarabağ” – “Ferentsvaroş” matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək. Arena 31 200 azarkeş tutumuna malikdir.

Xatırladaq ki, komandalar arasında Macarıstanda gerçəkləşən ilk oyunda “köhlən atlar” qələbə qazanıb – 3:1.

Seçilən
30
10
konkret.az

10Mənbələr