AZ

Heyətdə olmayan “Turan Tovuz”un kapitanına nə olub?

“Turan Tovuz”un kapitanı Şəhriyar Əliyevin adı Premyer Liqanın II turunda “Araz Naxçıvan”a qarşı keçirilən görüşün iştirak ərizəsində daxil edilməyib.

İdmanxeber.az-a verilən məlumata görə, buna səbəb oyunçunun xəstə olmasıdır. 3-4 gündür səhhətində problem olan Əliyev bu görüşdə çıxış edə bilməyib.

Oyun günü müdaifəçinin durumu normal olsa da, məşqçilər heyəti futboçunun oynamasına izn verməyib.

Xatırladaq ki, “Turan Tovuz” ilk turda “İmişli”ni məğlub etmişdi. Tovuz təmsilçisi ayın 29-da səfərdə “Neftçi” ilə üz-üzə gələcək.

Seçilən
38
1
idmanxeber.az

2Mənbələr