O, döyüşlərdə Əfqanın göstərdiyi qəhrəmanlıqlardan söhbət açdı. Dedi ki, bir-birimizi qardaş kimi qoruyurduq. Kövrəldi. Səsi boğazında düyünləndi və ağladı, bizi də ağlatdı… Sonda üzünü Əfqanın anasına tutaraq “Bundan sonra sən mənim də anamsan, ömür boyu belə də olacaq” söylədi.
Çox təsirli anlar idi. Ukraynada müxtəlif millətlər vuruşur, insanlar dostlaşır, iki qafqazlı – erməni və azərbaycanlı qardaşlaşır.
Əminəm ki, tezliklə bu birlik və qardaşlıq işğalçılara qalib gələcək. Biz həlak olanları fəxrlə anıb, bu günləri hüzn, amma şərəfli tarix kimi xatırlayacağıq”.
Qeyd edək ki, 19 avqustda həlak olan Ə.Orucov ötən gün Ukraynada təntənəli vida mərasimindən sonra dəfn edilib. Qəhrəman döyüşçü ilə vida mərasimindən çəkilmiş kadrlar çox təsirlidir.
Allah rəhmət eləsin.
Musavat.com