AZ

Trampın qudası Parisi ittiham etdi, Fransa XİN-ə çağırıldı

Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın qızı İvanka Trampın qaynatası, Birləşmiş Ştatların Parisdəki səfiri Çarlz Kuşner "The Wall Street Journal" qəzetində Fransa Prezidenti Emmanuel Makrona açıq məktub dərc edib və Fransanı antisemitizmdə ittiham edib.

Kuşner "antisemitizmin kəskin artımından" və Fransa hakimiyyətinin buna qarşı kifayət qədər tədbirlər görməməsindən narahatlığını bildirib. Onun fikrincə, antisionizm elə antisemitizmə bərabərdir. Kuşner İsrailə qarşı bəyanatlar verən və Fələstinin tanınmasını dəstəkləyən Parisi ekstremistləri həvəsləndirməkdə ittiham edir. 

Fransanın Xarici İşlər Nazirliyi ittihamları rədd edib, bununla yanaşı 2023-cü iin oktyabrından bəri antisemit insidentlərinin artdığını qeyd edib. Rəsmi Paris bu hallarla mübarizə ilə bağlı hökumətin "tam səfərbər olduğunu" bildirib. Fransa diplomatiyası Kuşneri beynəlxalq hüququ pozmaqda və ölkənin daxili işlərinə qarışmaqda ittiham edib. Kuşner Fransa XİN-ə çağırılıb.

Hürr Tərcüman

Seçilən
15
1
hurriyyet.az

2Mənbələr