AZ

“Beşiktaş” Sterlinqi transfer etmək istəyir

“Beşiktaş” “Çelsi”nin futbolçusu Rahim Sterlinqi heyətinə qatmaq üçün danışıqlara başlayıb.

İdmanxeber.az-ın məlumatına görə, 30 yaşlı cinah oyunçusu ötən mövsümü icarə əsasında “Arsenal”da keçirsə də, yeni baş məşqçi Enzo Mareskanın planlarında yer almır.

Hazırda Sterlinqin Türkiyəyə keçidə münasibəti dəqiq bilinmir. Lakin futbolçunun “Çelsi”dən ayrılacağı böyük ehtimal kimi dəyərləndirilir.

London klubu təcrübəli vingerin transferindən təxminən 20 milyon funt sterlinq qazanmağı planlaşdırır.

 

Seçilən
0
idmanxeber.az

1Mənbələr