AZ

Paşinyan ölkə XİN-i "fəth etməyə" başladı

Bakı. Trend:

Ermənistansın Cənubi Zəngəzur (Sünik) vilayətinin Qafanşəhərində, zahirdə adi təsir bağışlasa da, əslində, dövlətçiliyinhazırkı transformasiyasını anlamaq üçün mühüm analitik çəkiyə malikbir hadisə baş verdi.

Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, həril keçirilən diplomatik xidmət rəhbərlərinin seminarı bu dəfəkeyfiyyətcə yeni bir paradiqmada - “formalaşmış sülh şəraitində”təşkil olundu. Dövlət aparatının əsas fiqurlarının - prezidentVaahn Xaçatryan, baş nazir Nikol Paşinyan və xarici işlər naziriArarat Mirzoyanın iştirakı hökumətin diplomatik korpusunkoordinasiyası və postmünaqişə mərhələsində yenidənformatlaşdırılmasına ali prioritet verdiyini göstərirdi.

Qafan seminarının mahiyyətini dərk etmək üçün bir mühüm məqamıxatırlatmaq lazımdır: Ermənistan diplomatiyası 1991-ci ildən sonrahəll olunmamış Qarabağ münaqişəsi fonunda formalaşmışdı. Bu amilyalnız xarici siyasətin ideoloji kursunu deyil, həm də XİN-in kadrmemarlığını müəyyənləşdirirdi.

Artıq 1990-cı illərin ortalarına gəldikdə, beynəlxalqtəşkilatlar və Şimali Amerika departamentlərində çalışanəməkdaşların 70%-dən çoxu Qərb universitetlərinin - Harvard,Kolumbiya, Sorbonna - məzunları idi. Onların təhsili əsasən ErməniÜmumdünya Xeyriyyə Birliyi (AGBU) və Daşnaksütyunla əlaqəli fondlartərəfindən maliyyələşdirilirdi.

Bu, unikal bir fenomen yaratmışdı: diplomatik korpus millidövlətin deyil, transmillətçi diasporun alətinə çevrilirdi. ABŞ-dəsəfir olmuş Tatul Marqaryan (2005–2014), Şarl Aznavurun oğlu ŞarlAznavur, yaxud Edvard Nalbandyan dövründəki məsləhətçilər Paris,Los-Anceles və Ottavadakı lobbiçi şəbəkələrlə birbaşa əlaqələrəmalik idilər.

Vardan Oskanyan (1998–2008) - ABŞ-nin Tafts Universitetininməzunu, Amerika analitik mərkəzləri ilə sıx əməkdaşlıq edirdi. Onunformalaşdırdığı kadr siyasəti “1915-ci il qondarma soyqırımı”mövzusunu diplomatik təzyiq aləti kimi istifadə edirdi. Ermənistanparlamentinin məlumatına görə, onun nazirliyi illər ərzində ABŞ vəFransadakı diaspor təşəbbüsləri və lobbiçi müqavilələri üçüntəxminən 35 milyon dollar xərcləmişdi.

Edvard Nalbandyan (2008–2018) - 1999–2008-ci illərdə Fransadasəfir vəzifəsində çalışmış, Marsel və Lion erməni icmaları ilə sıxəlaqələr qurmuşdu. Onun dövründə Ermənistan diplomatiyası tamşəkildə “fransamərkəzləşdi”: yeni kadrların təxminən 40%-iFransanın universitetlərində təhsil alır və ya təcrübə keçirdi.

Hər iki nazir “konservativ korpus”un memarları idilər -Azərbaycanla kompromisi mümkün hesab etməyən diplomatlar nəsliniformalaşdırmışdılar.

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) məlumatınagörə, 2000–2016-cı illər arasında Ermənistanın xarici siyasəttəşəbbüslərinin 82%-i birbaşa Qarabağla bağlı idi. HalbukiAzərbaycan eyni dövrdə xarici siyasətini aktiv şəkildəşaxələndirirdi - Avropa İttifaqı ilə enerji əməkdaşlığı,Bakı–Tbilisi–Ceyhan layihəsi, dünyanın müxtəlif bölgələrində 60-danartıq yeni səfirliyin açılması. Ermənistan isə konflikt mövzusunun“dar dəhlizində” sıxılıb qalmışdı.

Bu, təkcə diplomatik korpusun təfəkkürünü konservləşdirmirdi,həm də ölkəyə ciddi iqtisadi zərər vururdu. Dünya Bankınınhesabatlarına görə, Azərbaycan və Türkiyə ilə bağlı kommunikasiyaxətlərinin bağlı qalması səbəbindən Ermənistan hər il təxminən 1,9milyard dollar ÜDM itirirdi.

Azərbaycanın nəqliyyat və enerji layihələrində çəkisinin artdığıbir vaxtda Ermənistan getdikcə daha çox təcrid olunurdu. 2012-ciildə İrəvan rəsmi şəkildə Transanadolu qaz kəməri (TANAP)layihəsində iştirakdan imtina etdi və bunu “Azərbaycanlaəməkdaşlığın mümkünsüzlüyü” ilə izah etdi. Bunun nəticəsindəErmənistan hər il 150–200 milyon dollar həcmində potensial tranzitgəlirini əldən verdi.

Diaspora təzyiqi əsas adlarla bağlıdır. Ara Abramyan RusiyaErməni İttifaqının prezidenti olaraq Fransada aparılan lobbiçikampaniyaların əsas sponsorudur və tez-tez erməni diplomatlarınınParisə səfərlərini maliyyələşdirirdi. Ken Xaçikyan ABŞ-dəki AmerikaErməni Milli Komitəsinin (ANCA) sədri kimi ABŞ Konqresində“soyqırımın tanınması”na dair qətnamələrin hazırlanmasındaErmənistan XİN-i ilə sıx əməkdaşlıq edirdi. Aleksandr Sarqsyan(Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın qardaşı) isə ofşorstrukturlar vasitəsilə mədəni layihələri maliyyələşdirir, bulayihələr isə paralel şəkildə diplomatik gündəmi dəstəkləyirdi.

2020-ci ildə bölgədə vəziyyət kəskin dəyişəndə Ermənistan XİN-inadaptasiya qabiliyyətsizliyi üzə çıxdı. 10 noyabr 2020-cü ilüçtərəfli bəyanat imzalandıqdan sonra belə, nazirlik yeni regionalkommunikasiya layihələrinə inteqrasiya üzərində işləmək əvəzinə,Avropa Şurasına müraciətlər və etiraz notaları yaymaqlakifayətləndi.

Müqayisə üçün: Azərbaycan 2021–2022-ci illərdə Türkiyə,Qazaxıstan və Özbəkistanla strateji tərəfdaşlıq sazişləri imzaladı,2022-ci ildə isə Avropaya 15,9 milyard dollarlıq qaz ixrac etdi.Ermənistan isə eyni ildə xarici ticarət balansında mənfi 2,7milyard dollarlıq göstərici ilə üzləşdi və diaspor köçürmələrindənasılı vəziyyətə düşdü (ÜDM-in təxminən 13%-i).

Qafan seminarı bir daha sübut etdi ki, Ermənistanın diplomatikkorpusu hələ də “köhnə qvardiyanın” istehkamı olaraq qalır. Çıxışedənlər arasında Oskanyan və Nalbandyan dövrü ilə birbaşa bağlıolan keçmiş ABŞ və Fransa səfirləri vardı. Müzakirələr yenidən“Azərbaycanın təcridi” və diasporanın fəallaşdırılması mövzusuətrafında cəmləşdi. Bu isə bir daha göstərdi: Ermənistan XİN hələdə XX əsrin kateqoriyaları ilə düşünür.

Unutmayaq ki, 2018-ci ilin mayında “məxməri inqilab”dan sonraNikol Paşinyanın hakimiyyətə gəlişi təkcə daxili siyasi sistemideyil, həm də xarici siyasətin fəlsəfəsini yenidən nəzərdənkeçirmək cəhdi kimi qəbul olunurdu. Onun “sülh, inkişaf, regionaləməkdaşlıq” şüarları Qarabağ mövzusu üzərində qurulmuş onilliklərboyu qarşıdurma diplomatiyası ilə ziddiyyət təşkil edirdi. Lakinbaşqa ölkələrin təcrübəsi göstərir ki, inqilabi impuls diplomatikaparata nadir hallarda sirayət edir. Xarici siyasət qurumlarıyüksək dərəcədə institusional inersiya ilə fərqlənir - peşəkarspesifiklik, rotasiyanın çətinliyi və beynəlxalq şəbəkələrə dərininteqrasiya səbəbindən.

Daxili İşlər və ya Müdafiə Nazirliklərindən fərqli olaraq,diplomatik xidmət illərlə formalaşır. Bunun üçün xarici dillərəyiyələnmək, beynəlxalq hüququ bilmək, protokol işlərində təcrübəqazanmaq və beynəlxalq institutlarla davamlı əlaqələr yaratmaqtələb olunur. Bu bacarıqları inqilabdan bir neçə ay sonra kadrdəyişikliyi ilə əvəzləmək mümkün deyildi. Məhz buna görə PaşinyanınXİN-i “yenidən yükləmək” cəhdi ciddi müqavimətlə üzləşdi - gizli,amma olduqca effektiv müqavimətlə.

ABŞ istiqamətində Ermənistanın Vaşinqtondakı səfiri VarujanNersesyan inqilabdan əvvəl təyin edilmişdi və 2018-ci ilinnoyabrında fəaliyyətə başlamışdı. Yalnız 2021-ci ilin avqustundaPaşinyana yaxın siyasi fiqur, amma diplomatik təcrübədən məhrumLilit Makunts səfir təyin olundu. Digər strateji istiqamətlərdə,ABŞ-dən başqa, Paşinyan özünə sadiq fiqurları yerləşdirə bilmədi.Avropa və Latın Amerikasındakı səfirliklərin böyük əksəriyyətiəvvəlki hakimiyyətin kadrları idi və “köhnə məktəb”diplomatiyasının xəttini davam etdirirdi.

Ən bariz nümunə 2023-cü ilin noyabrında üzə çıxdı. Həmin vaxtVaşinqtonda atom energetikası və gömrük tənzimləməsi sahəsindəəməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdı. Bu sənədErmənistan üçün Moskvanın asılılığını azaltmaq və Qərbin iqtisadiproqramlarına inteqrasiya istiqamətində mühüm addım kimi təqdimolunurdu. Lakin diplomatik korpusun reaksiyası sıfıra yaxın oldu:Avropa və Latın Amerikasındakı səfirliklərin rəsmi hesablarında bubarədə hətta qısa açıqlama və ya repost belə yox idi. Medianınşərhlərində bu “informasiya boşluğu” açıq-aşkar səbotaj kimiqiymətləndirildi - köhnə qarşıdurma modelinə bağlı diplomatlarPaşinyanın addımlarını nümayişkaranə şəkildə görməzdəngəlirdilər.

Ermənistan parlamentinin məlumatına görə, 2022-ci ilə qədər 54səfir və diplomatik missiya rəhbərindən yalnız 6-sı Paşinyandövründə təyin edilmişdi. Qalan 48 nəfər əvvəlki hökumətlərinkadrları idi. Onlardan 31-i hələ 2010-cu ildən əvvəl Avropa Şurası,ATƏT və BMT strukturlarında çalışmış, beləliklə sabit korporativmədəniyyət formalaşdırmışdı. Bundan əlavə, Avropa və Amerikadakı 14səfir diaspor fondlarının təqaüdləri ilə Fransa və ABŞuniversitetlərində təhsil almışdı. Bu isə ikili loyallıq demək idi:həm İrəvandakı hökumətə, həm də diaspor şəbəkələrinə. Bu xüsusiyyətXİN aparatını yuxarıdan sürətli “təmizləmə”yə qarşı dayanıqlıedirdi.

Paşinyanın təcrübəsi unikal deyil. Gürcüstanda “Gürcü arzusu”hakimiyyətə gəldikdən sonra (2012) diplomatik korpusu tam yeniləməküçün hökumətə 6 ildən çox vaxt lazım olmuşdu. Ukraynada 2014-cü ilMaydanından sonra belə, ABŞ və Aİ-nin dəstəyi ilə XİN-də kadrrotasiyası illərlə davam etmişdi. Ermənistan isə daha da mürəkkəbvəziyyətdə idi, çünki xarici siyasət aparatı onilliklər boyu dövlətinstitutlarından çox diaspor təsiri altında formalaşmışdı.

... Beləliklə, Nikol Paşinyan struktur səbəblərdən “XİN-i gücləələ almağa” nail ola bilmədi. İnqilab anında Ermənistanındiplomatik korpusu yüksək institusional inersiyaya, öz kadrməktəbinə və xarici dəstək mənbələrinə (diaspora, lobbiçişəbəkələr) malik avtonom bir sistem kimi fəaliyyət göstərirdi.Kütləvi kadr rotasiyası olmadan bu sistemi sürətlə yenidənformatlaşdırmaq cəhdləri səmərəsiz oldu.

Bu, hazırkı ziddiyyətləri də izah edir: İrəvanın rəsmiritorikası getdikcə daha çox sülh müqaviləsinə və regionaləməkdaşlığa yönəlsə də, diplomatik aparat hələ də keçmişinqəlibləri ilə işləyir - yeni təşəbbüsləri görməzdən gəlir və gizlisəbotaj nümayiş etdirir.

Kiçik və məhdud resurslu dövlətlərin siyasi praktikasındaməkanın semantikası və siyasi ritualların forması bəzən qərarlarınözündən az əhəmiyyət daşımır. Ermənistan rəhbərliyinin Qafandakeçirdiyi seminar bu baxımdan aydın bir nümunədir - elitanın yenigeosiyasi reallıqda diplomatik korpusu yenidən düşünmək və kökləməkcəhdini göstərir.

Məkan seçimi təsadüfi deyildi. Qafan - Azərbaycanla delimitasiyavə gələcək nəqliyyat dəhlizləri kontekstində obyektiv şəkildə açarrol oynayan Sünik vilayətinin inzibati mərkəzidir. Diplomatikseminarın ənənəvi qərar qəbul mərkəzindən (İrəvan) sərhəd bölgəsinəkeçirilməsi simvolik akt idi. Bu, yeni siyasətin məkan üzərindənlegitimləşdirilməsi forması kimi oxuna bilərdi. Diplomatların “riskzonasına” fiziki olaraq gətirilməsi isə onları sərhədlər,kommunikasiya və kompromis zərurəti üzərində formalaşan narrativinbirbaşa iştirakçısına çevirdi.

Dövlətin üç əsas fiqurunun - prezident, baş nazir və xariciişlər nazirinin iştirak etməsi az əhəmiyyətli deyildi. Siyasisosiologiya baxımından bu, elita konsensusunun göstəricisi idi:əsas aktorlar mövqelərini açıq şəkildə sinxronlaşdırdılar. Bu isədiplomatik korpus daxilində alternativ şərh imkanlarını minimumaendirirdi. Beləliklə, Azərbaycanla danışıqlar kursu vəmünasibətlərin mərhələli normallaşdırılması artıq yalnız “VətəndaşMüqaviləsi” partiyasının layihəsi deyil, ümumdövlət prioriteti kimitəqdim olunurdu.

Tarixən oxşar formatlardan regionun digər ölkələrində dəistifadə olunmuşdu. Məsələn, Gürcüstanda 2004–2005-ci illərdə elitaeyni tipli “kollektiv səfərlər”i münaqişə zonalarında keçirərəkbirliyi nümayiş etdirirdi. Ermənistan da bu gün həmin sınaqdançıxmış mobilizasiya təzyiqi praktikasını təkrarlayır.

Xüsusilə diqqətəlayiq məqam ondan ibarətdir ki, Nikol Paşinyanyalnız məruzə etməklə kifayətlənməyib, diplomatlarla “ətraflısöhbət” aparıb və sual-cavab sessiyası keçirib. İnstitusionaltəhlil baxımından bu, Xarici İşlər Nazirliyinin bürokratikvasitəçiliyini kənara qoymaq cəhdi kimi dəyərləndirilə bilər. ÇünkiXİN-də hələ də köhnə siyasətə bağlı kadrlar qalır və bu,siqnalların təhrif olunması və ya səbotaj riskini artırır.

Birbaşa dialoq formatı baş nazirə “süzgəcsiz" mövqeyiniçatdırmaq imkanı verdi və şərh zonasını minimuma endirdi. Bupraktika adətən böhran vəziyyətlərində istifadə olunur. Məsələn,Yunanıstanda 2015-ci ildə Sipras hökuməti də eyni şəkildədiplomatlarla ünsiyyət quraraq ənənəvi inersiyalı iyerarxiyanıkənara qoymağa çalışmışdı.

Seçilən
51
5
az.trend.az

6Mənbələr