AZ

Hansı tikintilər əsassız və ya özbaşına sayıla bilər?

Bakı-Keşlə dəmiryol sahəsində, "Bağırov körpüsü" kimi tanınan ərazidəki dəmiryol infrastrukturunda əsaslı təmir işlərinin sentyabrın əvvəlində başa çatdırılması planlaşdırılır.

Avtosfer.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Hacıyev APA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, qeyd olunan ərazidə dəmiryol infrastrukturunda avqustun 6-dan əsaslı təmir işlərinə başlanılıb. Bununla əlaqədar olaraq Abşeron dairəvi və rayonlararası istiqamətlərdə hərəkət edən qatarların qrafikində bəzi dəyişikliklər edilib. Sonuncu belə dəyişikliklər avqustun 19-dan etibarən tətbiq olunub.

"Təmir işlərinin sentyabrın əvvəllərində başa çatdırılması planlaşdırılır. Təmir işləri tam yekunlaşdıqdan sonra Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların yeni hərəkət cədvəli tətbiq olunacaq", - deyə Bəxtiyar Hacıyev qeyd edib.

O əlavə edib ki, yeni hərəkət cədvəlinin sentyabrın 15-nə kimi tətbiq olunması planlaşdırılır.

Seçilən
3
avtosfer.az

1Mənbələr