AZ

Vyetnamda 500 mindən çox insan təxliyə edildi

Çinin cənubundakı Hainan adasına yaxınlaşan "Kajiki" tayfunu, güclü yağış, daşqın və torpaq sürüşmələri ilə bağlı ciddi xəbərdarlıqların edilməsi ilə nəticələnib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, tayfunun fəsadları səbəbindən Vyetnam da xəbərdarlıq edib və təxminən 586 min insanın təxliyə olunması əmri verilib.

Vyetnam Milli Hidrometeoroloji Proqnozlar Mərkəzinin verdiyi məlumata görə, "Kajiki" tayfunu nəticəsində bəzi bölgələrdə güclü yağışların yağacağı və torpaq sürüşmələrinin baş verməsi gözlənilir. Eyni zamanda, çaylarda suyun səviyyəsinin yüksəlməsi ilə bağlı daşqın riski artır və buna görə də "2 və 3-cü səviyyəli xəbərdarlıqlar" elan edilib.

Vyetnam Müdafiə Nazirliyi, tayfunun təsirlərinə qarşı mübarizə aparmaq məqsədilə 350 min hüquq-mühafizə orqanı əməkdaşı və 8 min 200 hərbi maşın hazırlıqlı vəziyyətdə saxlanılır.

Hazırda bölgədə təhlükəsizliyə dair tədbirlər davam edir və yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq orqanlar tərəfindən mübarizə aparılır.

Seçilən
1
manset.az

1Mənbələr