Bakı. Trend:
Heyvan və quş xəstəlikləri ilə əlaqədar bəzi mallarınAzərbaycana idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Trend xəbərverir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA)məlumat yayıb.
Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST)rəsmi məlumatlarına əsasən, Mərakeşin Beni Mellal-Henifra,Rabat-Sale-Kenitra regionlarında, Sloveniyanın Qorişka regionundablutanq xəstəliyi, Misirin Əl Buheyrə vilayətində, İndoneziyanınAçeh, Şərqi Yava, Banka-Belitunq, Banten, Bengkulu, Qərbi Yava,Qorontalo, Cokyakarta, Mərkəzi Yava, Qərbi Kalimantan, MərkəziKalimantan, Şərqi Kalimantan, Riau, Qərbi Sulavesi, CənubiSulavesi, Mərkəzi Sulavesi, Cənub-Şərqi Sulavesi, Qərbi Sumatra,Sumatera Utara əyalətlərində dabaq xəstəliyi, Amerika BirləşmişŞtatlarının Kaliforniya ştatında, Argentinanın Buenos Ayresəyalətində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
"Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunmasıməqsədilə zonalaşma prinsipi nəzərə alınmaqla, qeyd olunanərazilərdən müvafiq malların idxalına ÜHST-nin “Quruda yaşayanheyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq, AQTA tərəfindənmüvəqqəti məhdudiyyət tətbiq edilib.
Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün Dövlət GömrükKomitəsinə müraciət olunub", - deyə məlumatda deyilir.