AZ

ABŞ Ordusu JAGM və “Hellfire” raketləri sifariş edib

ABŞ Ordusu “Lockheed Martin” şirkətinə JAGM (Joint Air-to-Ground Missiles) və “Hellfire” raketlərinin istehsalı üçün 720 milyon dollar dəyərində müqavilə verib.

“Poliqon” xəbər verir ki, bu barədə “Lockheed Martin” şirkəti məlumat yayıb.

Müqaviləyə əsasən, “Lockheed Martin” ABŞ Ordusunun, Hərbi Dəniz Qüvvələrinin və beynəlxalq tərəfdaşların təcili əməliyyat ehtiyaclarını ödəmək üçün JAGM və HELLFIRE raketləri tədarük edəcək.

Həmçinin müqavilə çərçivəsində Böyük Britaniyaya 160 ədəd JAGM raketi, Polşa, İspaniya, Çexiya, İtaliya və Kanadaya isə “Hellfire” raketləri çatdırılacaq.

Seçilən
1
poliqon.az

1Mənbələr