AZ

Kənan Kərimov zamana ehtiyac olduğunu söylədi

sport24.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Qəbələyə, "Kəpəz"lə oyuna 3 xal üçün gəlmişdik. Sevindirici haldır ki, istədiyimizə nail olduq". Bunu Sport24.az-a açıqlamasında "Karvan-Yevlax"ın vitse-prezidenti Kənan Kərimov deyib.Komandanın sabiq baş məşqçisi futbolçuların bir-birinə uyğunlaşması üçün zamana ehtiyac olduğunu bildirib:"Azarkeşlərə və futbolçulara təşəkkür edirəm. Komanda əzmkar oyun göstərib qalib gəldi. Transferləri demək olar ki, yekunlaşdırmışıq. Yeni yaranmış komandayıq. Komandanın heyətinin 95 faizi yeni gələnlərdən qurulub. Futbolçuların bir-birinə uyğunlaşması üçün zaman lazımdır. Vaxta ehtiyacımız var. Gələcək oyunlarda uğurlu çıxış edib xal və ya xallar qazanmaq istəyirik".Qeyd edək ki, "Karvan-Yevlax" Misli Premyer Liqasının ikinci turunda"Kəpəz"i 3:2 hesabı ilə məğlub edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
1
sport24.az

2Mənbələr