Pakistanın şimal-qərb bölgəsində yerləşən Hanqu qəsəbəsində silahlı şəxslər təhlükəsizlik qüvvələrinə hücum edib.
Nəticədə Pakistan təhlükəsizlik qüvvələrinin 3 zabiti həlak olub, 17-si isə xəsarət alıb.
Hücum edən şəxslərdən isə bir nəfər zərərsizləşdirilib.
Hələlik hücumla bağlı heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib./APA
Tarix: 25 Avqust 2025, 13:03