AZ

Maskın sorğusu səs-küy yaratdı: ABŞ siyasətində dəyişiklik istəyi artır

Maskın sorğusu ABŞ-da üçüncü siyasi qüvvə müzakirələrini yenidən gündəmə gətirdi.

Turkustan.az xəbər verir ki, amerikalı milyarder Elon Maskın sabiq prezident Donald Trampla debatdan sonra X platformasında keçirdiyi “Üçüncü tərəf yaradılmalıdırmı?” sorğusu böyük səs-küyə səbəb olub. Sorğuda milyonlarla istifadəçi “Bəli” cavabını verərək ABŞ-da mövcud iki partiyalı siyasi sistemin alternativlərinə marağın artdığını göstərib.

ABŞ-da artıq iki əsrə yaxındır ki, Demokratlar və Respublikaçılar əsas siyasi qüvvə kimi fəaliyyət göstərirlər. Bu partiyaların davamlı üstünlüyü onların təşkilati gücü, maliyyə imkanları və seçki sistemindən irəli gələn üstünlüklərlə bağlıdır.

Buna baxmayaraq, tarix boyu müxtəlif dövrlərdə üçüncü tərəflər də meydana çıxıb və kritik dönəmlərdə ictimai debatları dəyişdirməkdə və əsas partiyaların siyasətinə təsir göstərməkdə rol oynayıblar.

Maskın “Amerika/Amerika Partiyası” kimi təsvir etdiyi ehtimal olunan yeni siyasi hərəkatın gələcəkdə ABŞ siyasətində qalıcı bir gücə çevrilib-çevrilməyəcəyi geniş şəkildə müzakirə olunur.

Kolumbiya Universitetindən politoloqlar Prof. Dr. Robert Y. Shapiro, Prof. Dr. Andreas Vimmer və Prof. Dr. Andrew Gelman məsələ ilə bağlı Anadolu Agentliyinə (AA) açıqlamalarında bildiriblər ki, ABŞ-ın seçki sistemi üçüncü qüvvələrin yüksəlişini çətinləşdirsə də, ictimai narazılıq yeni siyasi modelə marağı artırır.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
12
1
turkustan.az

2Mənbələr