AZ

SpaceX, “Starship” paketinin prototipinin 10-cu buraxılışını ləğv etdi

Amerikanın SpaceX şirkəti avqustun 24-ü bazar günü “Starship” prototip kosmik gəmisi ilə daşıyıcı aparatının onuncu buraxılışını ləğv etdi. Oxuməni.az-ın “Deutsche Welle”-yə istinadən verdiyi xəbərə görə, bu barədə SpaceX məlumat yayıb.

Şirkətdən bildiriblər ki, ləğvə səbəb yer sistemlərində texniki problemlər olub.

"Starshipin bugünkü onuncu uçuşu yer sistemlərində nasazlıqların aradan qaldırılmasına vaxt vermək üçün ləğv edilib", - məlumatda deyilir.

“Starship”in buraxılışı avqustun 24-də Texasdakı “Starbase” kosmodromundan yerli vaxtla saat 18.30-a planlaşdırılıb. Yeni təqdimat tarixi hələ açıqlanmayıb.

“Starship” gəmisinin hündürlüyü 123 metrdir. “AFP” qeyd edir ki, bu günə qədər bu, ən böyük və ən güclü kosmik raketdir. SpaceX, “Starship”-i təkrar istifadə edilə bilən bir raket etmək məqsədini güdür ki, bu da kosmik uçuş xərclərinə əhəmiyyətli dərəcədə qənaət edəcəkdir. SpaceX-in rəhbəri İlon Mask “Starship”-in 2026-cı ildə Marsa səyahət edə biləcəyini gözləyir.

Əvvəlki doqquz “Starship” sınaq uçuşu uğursuz oldu, onlardan dördü raket partlayışları ilə başa çatdı.

Almaz Həsənli

Seçilən
15
oxumeni.az

1Mənbələr