Şəxsi həyatı və açıqlamalır ilə gündəm olan Nüşabə Musayeva izləyicilərinin diqqətini çəkib.
Adalet.az bildirir ki, müğənni qeyri-rəsmi ailə həyatı quran xanımlara səslənib:
“Mən iki dəfə ailə qurmuşam. İkisi də cavan oğlan olub. Yəni heç kəsin həyat yoldaşını özümə ər etməmişəm. Bu gün şou-biznesdə ailə dağıdan qadınlar var. Onlara deyirəm ki, ailə dağıtmayın. Onlar sizing ərləriniz deyil. Ailə dağıdanın yuvası olmur”.
Qeyd edək ki, N.Musayevanın bu açıqlaması izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb.
Əntiqə