Finss.az xəbər verir ki, Çin hakimiyyəti yuanla dəstəklənən stabilkoinlərin (milli valyutalar və yüksək keyfiyyətli qiymətli kağızlar tərəfindən dəstəklənən kriptovalyutalar üçün ümumi termindir - İF) istifadəsinə icazə verməyi nəzərdən keçirir.
Mənbələr bildirirlər ki, Çin Dövlət Şurası bu ay qlobal yuan dövriyyəsini, o cümlədən stabilkoinlər vasitəsilə stimullaşdırmaq planını nəzərdən keçirəcək və bəlkə də təsdiqləyəcək.
Plana Çin valyutasının qlobal bazarlarda istifadəsi üçün hədəflər, Çin tənzimləyiciləri üçün öhdəliklər və risklərin qarşısının alınması tövsiyələri daxil ediləcəyi gözlənilir.
Mənbələr bildirirlər ki, Çin Xalq Bankı (PBOC, ölkənin mərkəzi bankı) başqaları ilə yanaşı, planın həyata keçirilməsinə cavabdeh olacaq, Honq-Konq və Şanxay onun sürətləndirilmiş icrası üçün əsas şəhərlər olacaq.
Avqust ayında Honq Konq fiat valyutaları ilə dəstəklənən stabilkoin emitentlərinin fəaliyyətini tənzimləyən ilk qlobal bazarlardan biri oldu. Şanxay isə rəqəmsal yuan üçün beynəlxalq əməliyyat mərkəzi yaradır.