AZ

Vyetnamda qorxunc qasırğa - on minlərlə insan təxliyə edilib

Vyetnamın mərkəzi əyalətlərindəki bir neçə bölgədən on minlərlə sakin təxliyə edilib.

Olaylar.az xəbər verir ki, bu barədə Vyetnam dövlət xəbər portalı "VietnamNews" məlumat yayıb. 
"Thanh Hoa əyalətində 1800-dən çox ailə, Ha Tinh əyalətində 14 mindən çox sakin təxliyə edilib", - məlumatda deyilir.

Nəşr əlavə edir ki, hazırda hər iki əyalətdə qasırğanın fəlakətli nəticələrinin yüksək ehtimalı olan ərazilərdən əhalinin təxliyəsi davam edir.

Portal xəbər verir ki, səlahiyyətlilər Vyetnamın mərkəzindəki bütün hava limanlarını uçuşlar üçün bağlayıb və balıqçı gəmilərinin dənizə çıxmasını qadağan edib.

Sinoptiklərin fikrincə, qasırğanın Vyetnamı vurduğu zaman küləyin sürəti saatda 135-166 km/saat, hətta 180 km/saat ola bilər. Sinoptiklər həmçinin leysan yağışları, daşqın və sürüşmə ehtimalı barədə xəbərdarlıq edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
7
olaylar.az

1Mənbələr