Ağdamda itkin düşən qız tapılıb.
APA-nın yerli müxbiri xəbər verir ki, itkin kimi axtarışdan olan rayon sakini 26 yaşlı Mahirə Hüseynova polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.
Qeyd edək ki, Mahirə Hüseynova avqustun 21-i yaşadığı evdən çıxıb geri qayıtmamışdı.