AZ

Almaniya Ukraynaya dəstək üçün 50,5 milyard avro xərcləyib

525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Almaniya 2022-ci ilin fevral ayının sonundan Ukraynaya dəstək üçün ümumilikdə 50,5 milyard avro xərcləyib.

525.az xəbər verir ki, bu barədə “DPA” agentliyi Almaniya Maliyyə Nazirliyinə istinadən məlumat yayıb.

Ümumi məbləğdən təqribən 25 milyard avro ukraynalı qaçqınların qəbulu və yerləşdirilməsinə, 17 milyard avro silah-sursat təchizatı və Ukrayna Silahlı Qüvvələrinin təliminə, 6,7 milyard avro mülki yardıma və 1,9 milyard avro büdcə yardımına yönəlib.

Maliyyə büdcəsinin planlaşdırılmasına əsasən, Almaniya 2027-ci ilə qədər Kiyevə ikitərəfli əsasda ildə 8 milyard avrodan çox məbləğdə hərbi dəstək vermək niyyətindədir.

Bundan əvvəl Almaniyanın vitse-kansleri və maliyyə naziri Lars Klinqbeyl elan edilməmiş səfərlə səfərlə Kiyevə gəlib. O, Ukrayna hökuməti və Ali Radanın nümayəndələri, vətəndaş cəmiyyəti təmsilçiləri ilə danışıqlar aparmaq niyyətindədir.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
50
525.az

10Mənbələr