AZ

Təhsil Tələbə Krediti Fondu reklam xidmətləri üçün tender elan edib

Finss.az - Təhsil Tələbə Krediti Fondu (VÖEN: 1505569581), Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun 34 ünvanında yerləşən AFF Mall Biznes Mərkəzindən, təbliğat-təşviqat xarakterli reklam xidmətlərinin (video və audio çarxların hazırlanması, TV, radio və sosial şəbəkələrdə yayımlanması) satınalması üzrə müsabiqə elan edib. Müsabiqənin nömrəsi 117696, təsnifat kodu 80171600, ehtimal olunan qiyməti 94 156,13 AZN-dir. Təkliflərin təqdim olunma müddəti 15 sentyabr 2025-ci il saat 14:00-dəkdir, zərflərin açılışı eyni tarixdə saat 14:00-da baş tutacaq.

Müsabiqəyə əsas xidmətlər aşağıdakılardır:

Videoçarxların hazırlanması – Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına tələbələrə təhsil tələbə kreditinin verilməsi proseduru, hüquqlar, güzəştlər və möhlətləri əks etdirən 15 və 30 saniyəlik peşəkar 2D/3D animasiya və video çəkiliş, montaj və səs aktyoru ilə səsləndirmə xidmətləri (2 ədəd).

TV-lərdə yayım – Hazırlanan videoçarxların 2 baxımlı TV kanalında 30 gün müddətində gündə 2 dəfə yayımlanması, həmçinin ən çox dinlənilən radiolarda 30 gün ərzində gündə 2 dəfə efirdə yayımlanması (15 saniyəlik, 120 ədəd).

Sosial media xərcləri – Videoçarxın Facebook, Instagram, YouTube, Telegram və TikTok platformalarında ən azı 100 000 istifadəçiyə çatdırılması və yayımlanması (30 saniyəlik, 1 ədəd).

Açıq havada reklamlar – Bakı və digər şəhər və rayonlarda ali, orta ixtisas və peşə təhsili müəssisələrinə yaxın ərazilərdə bilbord, transparant və LED monitorlarda reklamın dizayn, çap və quraşdırılması xidmətləri (60 gün).

İştirak haqqı 188,31 AZN, istifadə haqqı 25 AZN təşkil edir. Təchizatçılar təkliflərini təqdim etmək üçün bu haqları ödəməlidirlər. Məlumat mübadiləsi və əlaqə üçün satınalan təşkilatın məsul şəxsi Mirşahin Abdullayevdir (Baş mütəxəssis, [email protected], +994 12 599 12 02 (222)).

Seçilən
1
fins.az

1Mənbələr