AZ

I vitse-prezidentə ad günü TƏBRİKİ: “Mehriban xanım Azərbaycan Qadını obrazının parlaq nümunəsidir”

Böyük və nadir insanlar dünyaya gəldiyi andan yüksək və ali missiyanın daşıyıcıları olurlar. Müdriklər deyirlər ki, anadan olarkən insana qoyulan ad onun taleyinə də sirayət edir. Həyat prinsipi meh­ribanlıq, qayğıkeşlik xalqa və Vətənə sədaqət olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva sadəliyi, səmimiliyi, alicənablığı, ürək genişliyi, xoş ovqatı, gözəl aurası ilə milyonların qəlbində taxt-tac qurub. Bu nəcib xanım çətinliyə düşən, ona üz tutan, ürək qızdıran hər kəsə köməyini əsirgəməyib. Təsadüfi deyil ki, bu gözəl qadının adının mənası da “xeyirxah­lıq, şəfqət, səmimiyyət” deməkdir.

Seçilən
57
1
yenicag.az

2Mənbələr