AZ

Qırıcı təyyarələr şüşə silən olmadan necə uçur? Ekspertlər izah edir

ain.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Avtomobillərdən fərqli olaraq, hərbi qırıcı təyyarələrdə şüşəsilənlər quraşdırılmır. Səbəb sadədir - uçuş zamanı yaranan çox yüksək sürət onları həm effektiz, həm də təhlükəli edir. 

Qaynarinfo "Wionews"a istinadən xəbər verir ki, 900 km/saatdan yuxarı sürətlərdə hər hansı şüşəsilən güclü hava axınından qopar və pilotun görmə bucağını məhdudlaşdıraraq əlavə risklər yaradar.

Qırıcılar onsuz necə idarə olunur?

- Təyyarələrin ön şüşəsi xüsusi hidrofob materiallarla örtülür, beləliklə, su damcılarını hava axını dərhal uzaqlaşdırır.

- Sıxılmış hava ilə üfürmə və ya şüşənin qızdırılması sistemi buxarlanma və donmanın qarşısını alır.

- Müasir modellərdə təkmilləşdirilmiş su itələyici örtüklər və pilotun görmə imkanlarını yaxşılaşdıran sensorlar tətbiq olunur.

Ən çətin vəziyyətlər güclü yağış zamanı qalxış və enişdə yaranır, çünki bu mərhələlərdə təyyarənin sürəti aşağı olur. Belə hallarda pilotlar əsasən şüşə örtüyünə, isitmə sisteminə və naviqasiya radarlarına güvənirlər.

Beləliklə, müasir aviasiyada avtomobil tipli şüşəsilənlərin yerini elmi həllər – xüsusi kimyəvi örtüklər, aerodinamika və yüksək sürətli hava axını tutub.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
qaynarinfo.az

1Mənbələr