AZ

Şəxsiyyət vəsiqələri ilə bağlı vacib XƏBƏRDARLIQ: Bu halda cərimə olunacaqsınız

Yenisabah saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İnzibati  Xətalar  Məcəlləsinin   565-ci  maddəsinə  əsasən, vətəndaşın bir aydan artıq müddətdə şəxsiyyət vəsiqəsi olmadan yaşamasına görə-xəbərdarlıq edilir və ya iyirmi manat məbləğində cərimə edilir.

Yəni, Azərbaycan  Respublikası  vətəndaşı  onun  kimliyini  təsdiq  edən  şəxsiyyət vəsiqəsinə  malik  olmalıdır.

Bəs, şəxsiyyət vəsiqəsini  itirən  şəxs  nə  etməlidir? Sezar pizza

Şəxsiyyət vəsiqəsi itirildikdə vəsiqənin sahibi və ya onun qanuni nümayəndəsi onu harada, nə vaxt və hansı şəraitdə itirdiyini göstərməklə, vəsiqə verən orqana yazılı məlumat verməlidir.

Şəxsiyyət vəsiqəsini itirdiyini bildirən vəsiqə sahibi və ya onun qanuni nümayəndəsi, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxs həmin vəsiqəni taparsa və ya itirilmiş şəxsiyyət vəsiqəsi yeni şəxsiyyət vəsiqəsi verildikdən sonra tapılarsa, tapılmış şəxsiyyət vəsiqəsi dərhal vəsiqə verən orqana təhvil verilməlidir.

Şəxsiyyət vəsiqəsi oğurlandıqda, vəsiqə sahibi və ya onun qanuni nümayəndəsi bu barədə cinayətin baş verdiyi yerin polis orqanına yazılı müraciət etməlidir. Belə ərizənin qəbul olunması haqqında həmin şəxsə arayış verilir və bu arayış oğurlanmış şəxsiyyət vəsiqəsinin qüvvədən düşməsi barədə Qüvvədən düşmüş sənədlərin dövlət reyestrində qeydiyyatın aparılması və bunun əsasında vəsiqə sahibinin və ya onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin müraciəti ilə yeni şəxsiyyət vəsiqəsinin verilməsi üçün əsas hesab edilir.

Dövlət rüsumunun məbləği

15 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşlarına  şəxsiyyət vəsiqələrinin verilməsinə görə:

· on gün müddətində verildikdə və ya dəyişdirildikdə - 5 manat;

· üç iş günü müddətində verildikdə və ya dəyişdirildikdə - 50 manat;

· bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə - 70 manat.

15 yaşına çatmamış Azərbaycan Respublikasının vətəndaşlarına  şəxsiyyət vəsiqələrinin verilməsinə görə:

· on gün müddətində verildikdə və ya dəyişdirildikdə - 5 manat;

· üç iş günü müddətində verildikdə və ya dəyişdirildikdə - 25 manat;

· bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə - 30 manat.

Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə:

· on iş günü müddətində verildikdə - 30 manat;

· üç iş günü müddətində verildikdə - 70 manat;

· bir iş günü müddətində verildikdə - 90 manat.

Oxu24.com

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
2
yenisabah.az

3Mənbələr