2025-ci ilin ilk yarısında Azərbaycanda açılışı baş tutmuş dövlət satınalmalarında orta iştirakçı sayı 3,7 nəfər olub. Bu göstərici açıq tender metodu üzrə 4,3, kotirovka sorğusu metodu üzrə isə 3,4 təşkil edib. Bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə orta iştirakçı sayı ümumilikdə 2,8%, açıq tenderlər üzrə isə 7,5% artıb. Kotirovka sorğuları üzrə göstərici sabit qalıb.
Agentlik bildirir ki, çox iştirakçılıq sahibkarlara bərabər şərtlərlə bazara çıxış imkanı yaradır və bu da ölkədə sahibkarlıq mühitinin inkişafına və iqtisadi fəallığın artmasına töhfə verir.
Gülnar