AZ

"Tottenhem"ə yox dedi, sabiq klubu hərəkətə keçdi

A Seriyası təmsilçisi “Komo” “Tottenhem”in Niko Paz üçün göndərdiyi 70 milyon avroluq təklifi rədd edib.

Apasport.az xəbər verir ki, argentinalı yarımmüdafiəçi də İngiltərə klubuna qoşulmaq niyyətində deyil.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Bundan əlavə, futbolçunun sabiq klubu “Real Madrid” onu gələn yay komandaya qaytarmaq istəyir. “Kral klubu” Argentina millisinin üzvünün müqaviləsində yer alan 10 milyon avroluq geri satınalma bəndini aktivləşdirməyi planlaşdırır.

20 yaşlı oyunçu isə “Komo”da qalmaq istədiyini və gələn təkliflərə müsbət yanaşmadığını rəhbərliyə bildirib.

Qeyd edək ki, Niko Paz 2024-cü ildə “Real Madrid”dən “Komo”ya 6 milyon avroya transfer olunub.

“Milan” Harder üçün danışıqları davam etdirir

İngiltərəli vinger A Seriyası klubunda - RƏSMİ

“Qalatasaray”ın yeni transfer hədəfi

“Barselona” XXI əsrdə ilk dəfə

“Zirə” və “Səbail”in sabiq üzvü İngiltərədə

Seçilən
10
1
apasport.az

2Mənbələr