“Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”də dəyişiklik edilib.
“Poliqon” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin 1.1-ci bəndindən “ali təhsil müəssisələri tələbələrinin zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı,” sözləri çıxarılıb.
Həmçinin 2.0.5-ci yarımbənddə dəyişiklik edilərək “hərbi” sözündən əvvəl “ilkin” sözü, “keçirir” sözündən sonra “və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 4.4-cü maddəsində nəzərdə tutulmuş hərbi vəzifəlilər istisna olmaqla digər hərbi vəzifəlilərin hərbi qeydiyyatını aparır” sözləri əlavə edilib.
Bu dəyişikliklər nəticəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yalnız ilkin hərbi qeydiyyat və digər hərbi vəzifəlilərin qeydiyyatını aparacaq, ali təhsil müəssisələrinin zabit hazırlığı proqramları isə Xidmətin səlahiyyətindən çıxarılacaq.