AZ

Xəzərdə suyun səviyyəsi 30 metrə kimi düşə bilər Ekoloqdan SOS

Qaynarinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev Xəzər dənizi ilə bağlı şok açıqlama verib. Nazir müavini "Reuters"ə bildirib ki, Xəzər son 30 ildə 2,5 metr dayazlaşıb və proses getdikcə sürətlənir. 

O, daha sonra əlavə edib ki, suyun azalması həm limanların işini çətinləşdirir, həm də nərəkimilər və Xəzər suitiləri kimi canlılar həyati məkanlarını məhv edir. Nazir müavini həmçinin açıqlayıb ki, Bakı limanına daxil olan gəmilər artıq manevr etməkdə çətinlik çəkir, yükdaşımada ciddi azalma var.

Ekoloq Xosrov Musayev Qaynarinfo-ya Xəzər dənizində suyun səviyyəsinin azalmasının səbəblərini açıqlayıb:

"Xəzər dənizinə tökülən Volqa çayıdır. Volqa çayı Rusiya ərazisində formalaşır və onda olan sululuq get-gedə azalır. Qlobal istiləşmə ilə bağlı buxarlanma artır və çaylarda sululuğun miqdarı azalır. Bizdə suyun buxarlanması prosesi gedir, bu, yağıntıdan 2,7 dəfə çoxdur. Bu da Xəzər dənizinin sahildən kənarlaşmasına aparır. Hətta proqnozlarda deyilir ki, suyun səviyyəsinin 30 metrə kimi düşmək ehtimalı var. Bu da sahilə yaxın ərazilərdə, limanlar, hər hansı infrastrukturların hamısının tamamilə sahildən çox aralıda qalmasına və müəyyən problemlərin yaranmasına səbəb olacaq".

Xosrov Musayev dünyada nərəkimilərin ancaq Xəzər dənizində olduğunu xatırladıb:

"İndi suyun əvvəlki illərlə müqayisədə miqdarının azalması suyun istiləşməsinə səbəb olacaq. Bu da nərəkimilərin yox olması ehtimalını artırır. Təkcə onların deyil, həm də suda yaşayan bir çox çanlıların məhvinə səbəb olacaq. Bunun qarşısını almaq çətin olacaq, çünki burada təkcə Xəzəryanı ölkələr - Türkmənistan, Qazaxıstan, İran, Rusiya, Azərbaycan böyük mütəxəssislər dəvət etməli və problem dərindən araşdırılmalıdır".

Xosrov Musayev məsələ ilə bağlı araşdırma apardığını xatırladıb:

"Görürəm ki, onlarla mənim fikirlərim üst-üstə düşür. Yaxın vaxtlarda bu problem qaçılmazdır. Bunun özü də müəyyən problemlərə yol açacaq".

Bahar Rüstəmli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
qaynarinfo.az

1Mənbələr