AZ

İlkay Gündoğan “Mançester Siti”dən gedir

“Mançester Siti”nin yarımmüdafiəçisi İlkay Gündoğanın klubdan ayrılacağı gözlənilir.

İdmanxeber.az xəbər verir ki, Pep Qvardiola 34 yaşlı futbolçunu planlarında görmür. Almaniyalı oyunçu “Yuventus”a təklif olunsa da, Turin təmsilçisinin bu transferə razılıq verməsi inandırıcı deyil. Klub daha gənc futbolçu almağı düşünür.

“Transfermarkt” Gündoğanın dəyərini 5 milyon avro olaraq göstərib. Onun “Mançester Siti” ilə müqaviləsi yaxın zamanda başa çatacaq.

 

Seçilən
0
idmanxeber.az

1Mənbələr