AZ

Avropa çempionatı: Çimərlik futbolu üzrə Azərbaycan millisinin final mərhələsi üçün heyəti açıqlanıb

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası sentyabrın 7-dən 15-dək İtaliyanın Viareccio şəhərində keçiriləcək Avropa çempionatının (EBSL) final mərhələsində iştirak edəcək.

AFFA-dan 90deqiqe.Az--a verilən məlumata görə, B Liqasının A qrupunda yer alan millimizin Belçika və Litva ilə keçirəcəyi oyunlar üçün heyəti müəyyənləşib

Qapıçılar: Elçin Qasımov, Vaqif Şirinbəyov

Oyunçular: Sahib Məmmədov, Amid Nəzərov, Comərd Baxşəliyev, Elşad Manafov, Orxan Məmmədov, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Bayram Bayramlı, Hüseynov Kamil.

Millimizin oyunlarının təqvimi

11 sentyabr

16:00. Azərbaycan – Belçika

12 sentyabr

12:15. Litva – Azərbaycan

Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.

Qeyd edək ki, final mərhələsində B Liqası hərəsində 3 komanda olmaqla iki qrupdan ibarət təşkil olunacaq. Qruplarda ilk iki yeri tutacaq komandalar sentyabrın 13-də yarımfinalda qarşılaşacaqlar. Sentyabrın 14-də isə final və 3-cü yer uğrunda görüşlər keçiriləcək.

Seçilən
19
18
90deqiqe.az

10Mənbələr