AZ

Distribyutor şirkəti 6 ayda 1,5 milyon manata yaxın xalis mənfəət əldə edib

Qida məhsullarının topdan satışı fəaliyyətilə məşğul olan "Merano-Baku" ASC 2025-ci ilin 1-ci yarısını (yanvar-iyun) 1 milyon 483 min manat xalis mənfəət ilə başa vurub. Xatırladaq ki, "Merano-Baku" ASC 2024-cü ili 1 milyon 939 min manat xalis mənfəət ilə bağlamışdı.

Marja.az xəbər verir ki, 2025-ci ilin ilk 6 ayında "Merano-Baku" şirkətinin satışdan cəmi gəlirləri 13 milyon 90 min manat, cəmi xərcləri 11 milyon 605 min manat təşkil edib.  

Qeyd edək ki, “Merano-Baku” şirkəti, Amerika, Almaniya, İtaliya, İspaniya, Çexiya, Macarıstan,Rusiya, Türkiyə, BƏƏ, Polşa, Belçika, Belarusiya, Hindistan, Danimarka, Niderland, Fransa, Finlandiya, Yaponiya, Çin, Sinqapur, Tailand və.s ölkələrdən məhsullar idxal edir. 

“Merano-Baku” ASC-nin səhmlərinin 100%-i Əsgərov Namiq Xanış oğluna məxsusdur. 

Seçilən
19
marja.az

1Mənbələr