Uzun illər həsrətdən sonra dirçələn Xankəndidə bu gün sakitlik, etibar və güvən hökm sürür. Şəhərin küçələrində gəzən hər bir insan özünü tam təhlükəsiz hiss edir ki, bu da Azərbaycan polisinin fədakar və peşəkar xidmətinin nəticəsidir.
Xankəndi şəhər polis şöbəsinin rəisi polis polkovniki Zaur Nəsirov və onun rəhbərliyi ilə əməkdaşlar qanunların aliliyini təmin etməklə yanaşı, insanlara arxayınlıq və sabaha inam bəxş edirlər.
Daxili İşlər Nazirliyi, xüsusilə cənab Nazir Vilayət Eyvazovun diqqət və dəstəyi sayəsində Xankəndidə təhlükəsizlik sistemi daha da möhkəmlənib, sakinlər doğma yurdlarında tam etibarlı şəraitdə yaşaya bilirlər.
Bu gün şəhərdə həyat yenidən canlanır, tikinti-quruculuq işləri sürətlə davam edir, uşaqlar küçələrdə azadca oynayır. Azərbaycan polisi sadəcə qayda-qanun yaratmır, həm də insanlara güvən, rahatlıq və ümid bəxş edir.
Müəllif: Şamxal Adıgözəlov