AZ

Gəlin toydan sonra ərini qarət edib qaçdı

Lent az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Hindistanın Uttar-Pradeş ştatında qadın toydan sonra ərinin qızılını, gümüşünü və pullarını götürərək qaçıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Badaun dairəsində baş verib. Kişinin sözlərinə görə, 2024-cü ilin sentyabrında elçilər onları Bihar ştatından olan Nibxa Kumari adlı qızla tanış ediblər və tezliklə toy baş tutub. Elçilər bu iş üçün 1,6 milyon rupi (təxminən 31 min 635 manat) alıblar.

Üç gün sonra qadın ailəni yeməyə dəvət edib və yeməyə gizlicə yuxugətirici qatıb. Kişi səhərə qədər yatıb. Ayılanda isə artıq qız yoxa çıxıb. Onunla birlikdə evdən qızıl və gümüş bəzəklər, həmçinin 20 min rupi pul da itib.

Kişinin qohumları itkin düşən qızın ailəsi ilə əlaqə saxlamağa çalışıblar, lakin qarşılıq olaraq yalnız hədələmələrlə üzləşiblər. Zərərçəkənlər hesab edirlər ki, o, bu işi elçilərlə əlbir həyata keçirib. Onlar polisə müraciət etsələr də, şikayəti qeydiyyata almaqdan imtina olunub. Yalnız məhkəməyə müraciətdən sonra iş üzrə cinayət işi açıla bilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
2
lent.az

3Mənbələr