Çinin Şitszyacjuan şəhərində fəaliyyət göstərən kiberidman təşkilatı gənclər üçün qeyri-adi bir proqram- “kiberidmanla maraqlanmama” kursu keçirib.
Redaktor.az bu barədə "Oddity Central" saytına istinadla xəbər verir.
Məlumata görə, proqramın məqsədi peşəkar oyunçu olmaq istəyən yeniyetmələrə bu yolun nə qədər çətin və tükədici olduğunu göstərməkdir.
Kursda iştirakçılar peşəkar oyunçunun həyatını yaşayır: dərslər səhər saat 9-da başlayır və gecə yarısına qədər davam edir. Gün ərzində qısa fasilələrlə yemək yemək, fiziki məşqlər və tualetə getmək mümkündür. Kurs 22 gün davam edir və qiyməti 5 580 ABŞ dolları təşkil edir. Yüksək qiymətinə baxmayaraq, valideynlər arasında böyük populyarlıq qazanıb, onlar uşaqlarını video oyunlara həddindən artıq bağlanmaqdan çəkindirmək istəyirlər.
Proqramda real peşəkar oyunçular iştirak edir və gənclərə kiberidman karyerasının çətinliklərini danışır. Mediada yayılan məlumatlara görə, bir çox iştirakçı kursun intensivliyinə dözməyərək artıq ilk gündən evə qayıtmaq istəyirlər.
Əvvəlcə isə Yaponiyadan olan bir kiberidmançı ABŞ-da keçirilən turnirdən pasport kontrolündə zarafat etdikdən sonra çıxarılıb.
Nuriyyə NATİQQIZI